İsxak Hersoq Azərbaycanda yəhudi icması ilə görüşüb

İsxak Hersoq Azərbaycanda yəhudi icması ilə görüşüb
# 31 may 2023 12:13 (UTC +04:00)

Azərbaycanda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq yəhudi icması ilə görüşüb.

APA xəbər verir ki, bu barədə İsrail dövlət başçısı "Twitter"də bildirib.

"Bu səhər mən Azərbaycanda qədim yəhudi icması ilə görüşdüm. Tarix göstərir ki, yəhudi xalqı ilə azərbaycanlılar arasında münasibətlər dərin köklərə malikdir. Yüz illərdir ki, Azərbaycan yəhudiləri Azərbaycan mədəniyyətinin və siyasətinin zəngin toxumasının bir hissəsidir. Dinlərarası əməkdaşlıq, mədəniyyətlərarası tolerantlıq, hörmət irsi bu dövrdə xalqlarımız üçün zamanın tələbidir və hamımızın dünyaya verdiyi hədiyyədir", - İsxak Hersoq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR