İtaliyalı ekspert: “Azərbaycan Qarabağda gələcəyə dair böyük layihələr həyata keçirir” - VİDEO

İtaliyalı ekspert: “Azərbaycan Qarabağda gələcəyə dair böyük layihələr həyata keçirir” - VİDEO
# 28 aprel 2022 13:53 (UTC +04:00)

Qarabağdakı yenidənqurma işləri post-münaqişə yenidənqurmasına dair əla nümunə olacaq.

Bunu APA-ya açıqlamasında Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumun iştirakçısı, Roma Universitetinin professoru Salvador Santanqelo deyib.

O, beynəlxalq ictimaiyyətin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsinə yardım edəcəyinə ümidvar olduğunu vurğulayıb.

“Mən ikinci dəfədir ki, Qarabağdayam. Düşünürəm ki, bu məkanın tarixi post-münaqişə yenidənqurmasına dair əla bir tarix olacaq. Azərbaycan burada sadəcə keçmişlə bağlı deyil, həm də gələcəyə dair böyük layihələr həyata keçirir. Ona görə də düşünürəm ki, bizim burada olmağımız, bu layihələri öyrənməyimiz, onlar haqqında danışmağımız vacibdir. Bu, sadəcə azərbaycanlılar üçün deyil, bütün Qafqaz üçün böyük bir xəyaldır. Minalanmış sahələr isə münaqişənin ən pis miraslarından biridir. Bu gün həmin ərazilərə də baxış keçirəcəyik. Biz hamımız ümid edirik ki, Azərbaycan beynəlxalq ictimaiyyətin də yardımı ilə bu böyük problemi həll edə biləcək”, - italiyalı professor bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR