İtaliyalı ekspert: “Ermənistanla münasibətlərin gələcəyi haqda hər şeyi müzakirə etdik” - VİDEO

İtaliyalı ekspert: “Ermənistanla münasibətlərin gələcəyi haqda hər şeyi müzakirə etdik” - VİDEO
# 29 aprel 2022 16:19 (UTC +04:00)

“Mənim üçün, Şuşa haqqında italyanca kitab yazan bir şəxs üçün buraya gəlmək çox valehedicidir. Burada dağıntılarla yanaşı, böyük yenidənqurma işlərini də görürük”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq konfransa qatılan Romanın Sapienza Universitetinin (İtaliya) əməkdaşı, araşdırmaçı Daniel Vinçelli deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə üç saat davam edən görüşümüz zamanı, o, bizim bütün suallarımıza dolğun, dərin və tamamilə arqumentli cavablar verdi. Biz ölkənin, regionun və Ermənistanla münasibətlərin gələcəyi haqqında hər şeyi müzakirə etdik”, - italiyalı ekspert qeyd edib.

O xatırladıb ki, İtaliya Azərbaycan qazının ən böyük alıcılarındandır və ölkəsi bu məsələdə Rusiya asılılığından azad olmaq istəyir: “Azərbaycan isə Avropa və İtaliyaya qaz tədarükünün həcmini artıra bilər. Və Prezident Əliyev bununla bağlı çox dürüst cavab verərək bunun o qədər asan olmadığını qeyd etdi, lakin iki ölkə bu istiqamətdə sıx əməkdaşlıq edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR