İvo Yosipoviç: “Azərbaycanın qlobal arenada vacibliyi ilbəil artacaq”

Xorvatiyanın eks-prezidenti İvo Yosipoviç

© APA | Xorvatiyanın eks-prezidenti İvo Yosipoviç

Foto al #
# 17 iyun 2022 12:00 (UTC +04:00)

“Bu platforma və bu forum çox vacibdir. Gördüyünüz kimi, bu forumda müxtəlif ölkələrdən və millətlərdən yüksək səviyyəli rəsmilər iştirak edir, fikir mübadiləsi aparır. Bu forum həm də çoxtərəfli yanaşmanın yaxşı nümunəsidir”.

APA xəbər verir ki, bunu IX Qlobal Bakı Forumunda iştirak edən Xorvatiyanın eks-prezidenti İvo Yosipoviç jurnalistlərə açıqlamasında deyib.

Sabiq Prezident Foruma ev sahibliyi edən Azərbaycanı stabil və inkişaf edən vacib ölkə adlandırıb: “Bu ölkə yalnız qaz və neft resurslarına və ya geosiyasi yerinə görə deyil, həm də yürütdüyü siyasətə görə vacibdir. Və inanıram ki, Azərbaycanın qlobal arenada vacibliyi ilbəil artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR