Rusiyadan deportasiya olunmuş jurnalist Fuad Abbasov artıq Bakıdadır - FOTO - YENİLƏNİB

Rusiyadan deportasiya olunmuş jurnalist Fuad Abbasov artıq Bakıdadır - FOTO - YENİLƏNİB
# 25 iyun 2019 22:40 (UTC +04:00)

Rusiyadan deportasiya olunmuş azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.

APA-nın məlumatına görə, onu gətirən təyyarə artıq Heydər Əliyev adına Hava Limanına enib.

Jurnalisti hava limanında ailə üzvləri, dostları və media nümayəndələri qarşılayıb.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyirdi. O, iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməmişdilər.

***

Saat 20:54

Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov deportasiya edilib.

APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə onun vəkili Teyyub Şərifov məlumat verib.

Belə ki, 25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR