Kanada İcmalar Palatasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Kanada parlamentinin İcmalar Palatasının nümayəndə heyəti əhidlər xiyabanında

© APA | Kanada parlamentinin İcmalar Palatasının nümayəndə heyəti əhidlər xiyabanında

# 23 may 2022 12:21 (UTC +04:00)

Bu gün Kanada parlamentinin İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.

APA xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyub.

Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən kanadalı deputatlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR