Kanevski: “Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasına görə minnətdarıq”

Kanevski: “Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasına görə minnətdarıq”
# 26 may 2022 13:09 (UTC +04:00)

Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyətinin bərpası vacib hal kimi dəyərləndirilir.

Bunu "APA-Economics"ə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Biz çox minnətdarıq ki, Azərbaycanın Ukraynadakı səfirliyi mayın əvvəlindən fəaliyyətini bərpa edib. Bu, çox vacibdir. Xarici diplomatlar, o cümlədən dost və strateji tərəfdaş ölkələrdən diplomatların qayıtması çox yaxşı siqnaldır. Ona görə də təbiidir ki, ikitərəfli yol olanda, iki səfirlik birlikdə hərəkət edəndə, məsələlərin ikiqat həllini tapmaq olar. Ona görə də Azərbaycanın Ukraynadakı səfirliyinin yenidən bərpası qərarına görə çox minnətdarıq”, - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR