KİV: 100 nəfərlik Aİ missiyası Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan sərhədini tam əhatə edəcək

KİV: 100 nəfərlik Aİ missiyası Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan sərhədini tam əhatə edəcək
# 24 yanvar 2023 18:54 (UTC +04:00)

Ermənistanda yerləşdiriləcək Aİ-nin mülki missiyasını təxminən 100 nəfərdən ibarət olacaq.

APA xəbər verir ki, bu barədə Aİ-nin mülki missiyasına Ermənistan İctimai Televiziyasının göndərdiyi yazılı sorğuya cavabında bildirilib.

Missiyanın yaxın həftələrdə fəaliyyətə başlayacağı vurğulanıb.

Aİ-nin mülki missiyasının Ermənistanın bir neçə şəhərində yerləşdiriləcəyi, Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan dövlət sərhədini tam əhatə edəcəyi əlavə edilib.

Qeyd edək ki, Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR