KİV: Aİ Ermənistanın Azərbaycanla sərhədinə minimum 2 il üçün müşahidə missiyası göndərəcək

KİV: Aİ Ermənistanın Azərbaycanla sərhədinə minimum 2 il üçün müşahidə missiyası göndərəcək
# 17 yanvar 2023 10:58 (UTC +04:00)

Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə göndəriləcək.

APA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.

Məlumata görə, missiya fevralın 20-də başlayacaq.

Bu gün məsələ Avropa İttifaqı səfirlərinin görüşündə müzakirə ediləcək, yekun qərar isə gələn həftə Aİ XİN başçılarının iclasında veriləcək.

Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin, müşahidə missiyaları ilə məşğul olan əsas orqan - Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib.

Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR