KİV: Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 09 iyun 2023 13:54 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyunda Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Ərdoğanın Şimali Kiprdə Prezident Ersin Tatarla görüşəcəyi bildirilir.

Nəşrin xəbərinə görə, Türkiyə lideri iyunun 13-də isə Azərbaycana səfər edəcək, Prezident İlham Əliyevlə görüşəcək.

Ərdoğanın Azərbaycana səfəri zamanı iki dövlət başçısının Cənubi Qafqazda sülh və sabitliyə yönəlik bəyanatlarla çıxış edəcəkləri qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR