Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycan xalqına başsağlığı verib

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycan xalqına başsağlığı verib
# 27 yanvar 2023 18:30 (UTC +04:00)

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Nayef Falah Əl Həcrəf İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə bir neçə şəxsin ölümü və yaralanması ilə nəticələnən silahlı hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurası bəyanat yayıb.

"Baş katib bu faciədə Şuranın Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə həmrəyliyini bəyan etməklə yanaşı, diplomatik fəaliyyəti tənzimləyən nizamnamə və konvensiyalara uyğun olaraq diplomatik obyektlərin qorunmasının zəruriliyini vurğulayır. Zati-aliləri həlak olan şəxsin ailəsinə, qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralananların hamısının tezliklə sağalmasını arzulayır", - bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR