Kreml: Azərbaycan və Rusiya prezidentləri sərhəddəki gərginliyi müzakirə edəcək

Kreml: Azərbaycan və Rusiya prezidentləri sərhəddəki gərginliyi müzakirə edəcək
# 15 sentyabr 2022 11:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı Prezident İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib.

“Biz liderlərin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklərinə ümid edirik”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR