Kreml MDB liderlərinin qeyri-formal sammiti barədə məlumat yayıb - VİDEO

Kreml MDB liderlərinin qeyri-formal sammiti barədə məlumat yayıb - VİDEO
# 24 dekabr 2021 15:26 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal sammiti keçiriləcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR