Kreml: Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını davam etdirmək niyyətindədir

Kreml: Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını davam etdirmək niyyətindədir
# 29 dekabr 2022 14:04 (UTC +04:00)

Rusiya Azərbaycanla Ermənistan arasında üçtərəfli bəyanatlara əsaslanan vasitəçilik missiyasını davam etdirmək niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Laçın yolundakı vəziyyəti detallı müzakirə etdiklərini, Rusiyanın regionda yaranmış gərginlikdən narahat olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR