Lavrov: “3+3” formatı Cənubi Qafqazın inkişaf etməsi məqsədini daşıyır

Sergey Lavrovun müsahibəsi

© APA | Sergey Lavrovun müsahibəsi

# 02 fevral 2023 15:40 (UTC +04:00)

“3+3” formatı Cənubi Qafqaz regionunun inkişaf etməsi məqsədini daşıyır.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” kanalına müsahibəsində bildirib.

“Cənubi Qafqazda diqqətin konstruktiv şəkildə quruculuq işlərinin üzərində köklənməsi üçün biz “3+3” formatını təşviq edirik. Bu qrupa 3 Cənubi Qafqaz respublikası - Gürcüstan, Ermənistan, Azərbaycan və böyük qonşu ölkələr - İran, Türkiyə, Rusiya daxildir”, - deyə Lavrov deyib.

Format çərçivəsində ilk görüşün baş tutduğunu qeyd edən nazir qeyd edib ki, bu görüşlər davam edəcək.

Lavrov bildirib ki, ilk olaraq olaraq Azərbaycan və Türkiyə liderləri “3+3” formatının yaradılması təşəbbüsü ilə çıxış ediblər, İran və Rusiya isə bu fikri alqışlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR