Lavrov: “3+3” platformasının növbəti iclası ən qısa zamanda keçiriləcək”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 08 iyun 2022 13:02 (UTC +04:00)

“3+3” əməkdaşlıq platformasının növbəti iclası ən qısa zamanda keçiriləcək.

APA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O, ilk iclasın Moskvada keçirildiyini xatırladıb.

Rusiya XİN rəhbəri ikinci iclasın vaxtının açıqlanacağını bildirib.

Lavrov, “3+3” əməkdaşlıq platformasının qapısının Gürcüstana hər zaman açıq olduğunu bir daha bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR