Lavrov Bakıya gəlib

Lavrov Bakıya gəlib
# 23 iyun 2022 18:08 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfərə gəlib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, Lavrovun işgüzar səfəri iki gün davam edəcək. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Bakıya işgüzar səfəri zamanı azərbaycanlı həmkarı ilə danışıqlar aparacağını, Azərbaycan Prezidenti ilə görüşünün gözlənildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR