Lavrov: Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir

Lavrov: Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir
# 05 dekabr 2022 14:04 (UTC +04:00)

Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

“Biz nəqliyyat əlaqələrinin açılması və sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsində maraqlıyıq”, - Lavrov vurğulayıb.

O qeyd edib ki, bugünkü görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr aylarında əldə edilmiş üçtərəfli sazişlərin və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası məsələsidir.

“Bundan başqa, regionda əməkdaşlıq, Xəzər beşliyi, ATƏT, MDB-də əməkdaşlıq və digər proseslər də gündəlikdədir”, - Rusiya XİN başçısı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR