Lavrov: Üçtərəfli İşçi Qrup razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib

Lavrov: Üçtərəfli İşçi Qrup razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib
# 31 avqust 2022 15:14 (UTC +04:00)

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli İşçi Qrupu razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqlaırnın yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiyalı nazir Cənubi Qafqazda iqtisadi, ticarət əlaqələrinin və nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan baş naziri müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrupun məşğul olduğunu xatırladıb:

“Bu İşçi Qrup Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiya ilə eyni zamanda ritmik çalışır. Bu günlərdə həmin qrupun növbəti təması gerçəkləşdi. İşçi Qrup razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib. Ümid edirəm ki, ən yaxın vaxtda razılaşmalar formalaşdırılacaq. Xüsusən vacib olan odur ki, bu iş vakumda aparılmır, təcrid olunmayıb, sıx əlaqədə aparılır”, deyə Lavrov vurğulayıb.

Rusiya XİN başçısı iranlı həmkarı ilə Moskva, Bakı və Tehran arasında Rəşt-Astara dəmiryolunun bərpası ilə bağlı aparılan müzakirələrdən də danışıb:

“Sentyabrda bununla bağlı profil strukturların görüşü planlaşdırılır. Mənə elə gəlir ki, bu proses praktiki planda olduqca irəliləyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR