Lavrov: Ümid edirik ki, Bakı-Tehran münasibətlərində gərginlik müvəqqəti xarakter daşıyır

Lavrov: Ümid edirik ki, Bakı-Tehran münasibətlərində gərginlik müvəqqəti xarakter daşıyır
# 29 mart 2023 14:54 (UTC +04:00)

Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı gərginlik müvəqqəti xarakter daşıyır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki gərginliyin tezliklə aradan qalxacağını söyləyib: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR