Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı gərginlik müvəqqəti xarakter daşıyır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki gərginliyin tezliklə aradan qalxacağını söyləyib: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - o deyib.