Lavrov və Hakan Fidanın müavinləri Qarabağda baş verənləri müzakirə ediblər

Lavrov və Hakan Fidanın müavinləri Qarabağda baş verənləri müzakirə ediblər
# 25 sentyabr 2023 00:33 (UTC +04:00)

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə Qarabağ və Suriya ətrafındakı vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

Tərəflər həmçinin taxıl müqaviləsini müzakirə edib.

Hər iki tərəf qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR