Leyla Abdullayeva Fransa XİN-in departament direktoru ilə görüşüb

Leyla Abdullayeva Fransa XİN-in departament direktoru ilə görüşüb
# 28 noyabr 2022 23:49 (UTC +04:00)

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Frederik Mondoloni ilə görüşüb.

APA xəbər verir ki, bu barədə diplomat “Twitter”də bildirib.

“Bu gün Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru cənab Frederik Mondoloni ilə açıq, səmimi və əhatəli dialoqumuz olub. Bu görüş və açıq fikir mübadiləsinə görə Mondoloniyə təşəkkürümü bildirirəm”, - L. Abdullayeva sosial şəbəkədə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR