Leyla Abdullayeva İranı Vyana Konvensiyasını yerinə yetirməyə çağırıb

Leyla Abdullayeva İranı Vyana Konvensiyasını yerinə yetirməyə çağırıb
# 27 yanvar 2023 11:51 (UTC +04:00)

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış edib.

APA xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında paylaşım edib.

Leyla Abdullayeva hücum nəticəsində səfirliyini təhlükəsizlik işçilərinin yaralandığını və həlak olduğunu qeyd edib.

"Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasının yerinə yetirməyə çağırırıq", - Leyla Abdullayeva vurğulayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, iki əməkdaş isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR