Limada məşhur körpü Azərbaycan bayrağının rənglərinə bürünüb - FOTO

Limada məşhur körpü Azərbaycan bayrağının rənglərinə bürünüb  - FOTO
# 30 may 2022 06:58 (UTC +04:00)

Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilənməlumata görə, körpünün üzərində həmçinin “Azərbaycan - Müstəqillik Günü” yazısı əks olunub.

Qeyd edək ki, dostluq və sevgi rəmzi olan körpü Peru paytaxtının iki mərkəzi Miraflores və Barranko rayonlarını birləşdirir.

Azərbaycan bayrağının rənglərinə bürünmüş körpü gecə boyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR