Litva Baş naziri: “Aİ-Azərbaycan sazişi üzrə danışıqların uğurla başa çatmasını səbirsizliklə gözləyirik”

Litva Baş naziri İnqrida Şimonite

© APA | Litva Baş naziri İnqrida Şimonite

# 28 may 2022 08:57 (UTC +04:00)

Litva hökumət başçısı Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib.

APA xəbər verir ki, Litva Baş naziri İnqrida Şimonite ölkəsinin hökuməti və xalqı adından Azərbaycana 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

“İkitərəfli əməkdaşlığımızı daha da inkişaf etdirməyə hazır olduğumuzu bildirmək istəyirəm. Litva Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əlaqələrini dəstəkləyir, İttifaqla onun üzv dövlətləri və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə töhvə verəcək yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqların uğurla başa çatmasını səbirsizliklə gözləyir”, - deyə Baş nazir məktubununda qeyd edib.

Məktubunda Rusiyanın Ukraynada apardığı müharibəyə də toxunan Litva hökumətinin başçısı, müstəqilliyini qoruyan Ukraynaya dəstəyin vacibliyini qeyd edib:

“Ona görə də tərəfdaşların və müttəfiqlərin həmrəyliyi çox önəmlidir”, - deyə İnqrida Şimonite vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR