Litva Prezidenti: 20 Yanvar faciəsi qurbanlarını hörmətlə anırıq

Gitanas Nauseda

© APA | Gitanas Nauseda

# 20 yanvar 2023 18:16 (UTC +04:00)

1990-cı il Qara Yanvar faciəsi - Sovet qoşunlarının Bakıya hücumu və Azərbaycan xalqının amansız qətliamını hörmətlə anırıq.

APA xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda "Twitter"də yazıb.

"Sovetlərin Azərbaycanın istiqlal hərəkatını darmadağın etmək cəhdləri baş tutmadı. Hazırda 33 ildən sonra Ukraynada işğalçı tərəfindən eyni amansız cinayətlər törədilir. Onlar o zaman da uğur qazana bilmədi, indi də qazana bilmirlər və heç vaxt da qazana bilməyəcəklər" - Litva lideri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR