Litva Prezidenti: “Biznes forum ikitərəfli iqtisadi əməkdaşlığa təkan verəcək”

Litva Prezidenti: “Biznes forum ikitərəfli iqtisadi əməkdaşlığa təkan verəcək”
# 18 may 2022 17:04 (UTC +04:00)

Prezident İlham Əliyevlə birlikdə Bakıda Azərbaycan-Litva biznes forumunu açmağa şadam.

APA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Litva Prezidenti Gitanas Nauseda “Twitter”də bildirib.

“Ümid edirəm ki, bu, ikitərəfli iqtisadi əməkdaşlığımıza təkan verəcək və bizneslərimizin birgə işləməsi üçün gözəl platforma rolunu oynayacaq. Azərbaycanın biznes nümayəndə heyətini Vilnüsdə qarşılamağı səbirsizliklə gözləyirik”, - Litva Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR