Liviyalı diplomat: “Kəlbəcərə səfərimiz Azərbaycanın yanında olduğumuzu göstərir”

Əşrəf Adəm

© APA | Əşrəf Adəm

# 31 may 2022 15:03 (UTC +04:00)

“Bizim səfərimiz Azərbaycanın yanında olduğumuzu göstərir”.

APA xəbər verir ki, bunu Kəlbəcərdə səfərdə olan Liviyanın Bakıdakı müvəqqəti işlər vəkili Əşrəf Adəm jurnalistlərə açıqlamasında deyib.

“Biz bura gəldiyimiz üçün çox şadıq. Görülən işlərin şahidi olduq. Bizim bu gün bura gəlməyimiz onu göstərir ki, biz Azərbaycanın yanındayıq. Bu gün biz yol boyu müxtəlif layihələrin həyata keçirildiyini gördük. Biz Azərbaycana həmişə uğurlar və çiçəklənmə arzu edirik. Son olaraq deyirəm ki, Qarabağ Azərbaycandır!”, - diplomat bildirib.

Səid Babazadə

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR