Londonda Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə konsert təşkil olunub

Londonda Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə konsert təşkil olunub
# 10 noyabr 2022 09:01 (UTC +04:00)

Londonda Zəfər Günü və Azərbaycanın Dövlət Bayrağı Günü məşhur Azərbaycanlı caz pianoçusu İsfar Sarabskinin caz konserti ilə qeyd edilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan diplomatik korpus nümayəndələri, xarici ölkələrin səfirləri, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.

Səfir Elin Süleymanov 30 illik Ermənistan işağalından sonra Azərbaycanın qazandığı Zəfərdən danışıb, bunun həm Azərbaycan, həm də Ermənistan üçün yeni bir başlanğıc olduğunu, Prezident İlham Əliyevin dediyi kimi gələcəyə baxmaq lazım gəldiyini bildirib.

Daha sonra pianoçu İsfar Sarabski Corc Gerşvin, Telonius Monk, Vaqif Mustafazadə kimi görkəmli bəstəkarların əsərlərini və öz əsərlərini ifa edib. Skripkaçı Səbinə Rakçeyeva isə İsfar Sarabski ilə birgə Azərbaycan xalq mahnısı "Sarı Gəlin"i ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR