Mayın 12-də MDB XİN başçıları Şurasının iclası keçiriləcək

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 28 aprel 2022 12:59 (UTC +04:00)

Mayın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, MDB XİN başçıları Şurasının iclasının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcəyini və Rusiya XİN başçısı Sergey Lavrovun iclasda iştirak edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR