Maykl Karpenter: Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəlikləri təhlükəsizlik problemləri ilə üzləşib

Maykl Karpenter

© APA | Maykl Karpenter

# 02 fevral 2023 16:53 (UTC +04:00)

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə və həlak olan şəxsin ailəsinə başsağlığı veririk.

APA xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Maykl Karpenter ATƏT Daimi Şurasının iclasında deyib.

Onun sözlərinə görə, ABŞ zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə sadiqdir.

“Biz İran hakimiyyətini araşdırma aparmağa və hücuma görə təqsiri olanları məsuliyyətə cəlb etməyə çağırırıq. Qeyd edirik ki, Azərbaycanın bir sıra digər ölkələrdəki nümayəndəlikləri də son aylarda təhlükəsizlik problemləri ilə üzləşib. Biz bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini dəstəklədiyimizi bir daha bildiririk. Biz İran hökumətinə Vyana Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - Maykl Karpenter qeyd edib.

Qeyd edək ki, yanvarın 27-i, saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaşı isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR