Aleksandr Boeçko: Sərhədlərin mühafizəsinə daha da diqqət yetirməliyik

Aleksandr Boeçko: Sərhədlərin mühafizəsinə daha da diqqət yetirməliyik
# 08 iyun 2023 13:12 (UTC +04:00)

Biz ölkələrimizin sərhədlərinin mühafizəsinə daha da diqqət yetirməli və bunu səmərəli etməliyik.

APA xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsi yanında Sərhəd Qoşunları Komandanları Şurasının nümayəndəsi Aleksandr Boeçko Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (MDB SQKS) 86-ci iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, sülhməramlı səylər öz məqsədinə çatmır. Onun sözlərinə görə, dünyanın bir çox regionlarında ölkələrin sərhədlərində təhlükələr var.

“Bu gün biz MDB-nin sərhəd qoşunları çərçivəsində 2026-2030-cu illər üçün gələcək fəaliyyət planını işləyib hazırlayacağıq”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR