Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasının tarixi bu ilin 8 iyununa dəyişdirilib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.
Lebedev qeyd edib ki, Şuranın iclasının 7 iyun tarixində Soçidə keçirilməsi nəzərdə tutulurdu, lakin Rusiyanın təklifi ilə iyunun 8-i tarixinə təxirə salınıb.