Mehriban Əliyeva qələbə münasibəti ilə Ərdoğan ailəsini təbrik edib

Mehriban Əliyeva qələbə münasibəti ilə Ərdoğan ailəsini təbrik edib
# 28 may 2023 22:19 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Mehriban Əliyeva sosial media hesabında bildirib.

“Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!” – Mehriban Əliyeva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR