Meksika səfiri: “Gəncədə müharibə vaxtı həlak olanların xatirəsi unudulmazdır”

Rodriqo Labardini

© APA | Rodriqo Labardini

# 29 iyun 2022 11:55 (UTC +04:00)

Əlbəttə, müharibə heç kəsin istədiyi bir şey deyil. Aydın məsələdir ki, müharibə zamanı dağıntılar və insan itkiləri qaçılmazdır.

APA xəbər verir ki, bunu Gəncədə səfərdə olan Meksika səfiri Rodriqo Labardini bildirib.

“Hər bir itki bizim üçün kədərlidir. Və bu müharibə və zorakılıq nəticəsində baş veribsə, qəbuledilməzdir. Dünyada zorakılıq və müharibənin olmaması bizim də ən böyük arzumuzdur. Gəncədə baş verən dəhşətli hadisə də bizlər üçün olduqca sarsıdıcıdır. Bu cür hadisələrdən sonra, düzdür, şəhərdə həyat davam edir, amma o itkilərin təsiri və həlak olan insanların xatirəsi unudulmazdır. Mülki insanlara atəş açmaq yolverilməzdir, bu dünyada qəbul olunmuş bir qaydadır.

Meksikada yaşayanlar da sözügedən Qarabağ müharibəsindən, buradakı vəziyyətdən xəbərdardırlar və müharibə zamanı şəxsən mənim özümdən də tez-tez maraqlanıb vəziyyəti soruşurdular”, - diplomat qeyd edib.

Nihat Pir

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR