Milli Məclisdə dünya azərbaycanlılarına müraciətlə bağlı komissiya yaradılıb

Milli Məclis

© APA | Milli Məclis

# 30 dekabr 2021 11:06 (UTC +04:00)

Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edəcək.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” qərar layihəsi daxil edilib.
Milli Məclisin sədri Sahibə Qafarova dünya azərbaycanlılarına müraciətin mətninin hazırlanması üçün komissiya yaradılmasını təklif edib.
Komissiyanın sədri Fəzail İbrahimli, üzvləri Könül Nurullayeva, Elşən Musayev, Ceyhun Məmmədov, Afət Həsənova, Şahin Seyidzadə, Eldar Quliyev olublar. Spiker deyib ki, komissiya işinə başlaya bilər: "Biz hər il dünya azərbaycanlılarına həmrəylik günü münasibətilə müraciət edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR