Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək
# 14 noyabr 2022 09:59 (UTC +04:00)

Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli “ABŞ-da aralıq seçkilər: ABŞ demokratiyasına, Avropa İttifaqına və dünya siyasətinə təsirləri” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, deputat konfrans çərçivəsində müxtəlif mövzularda keçiriləcək sessiyalara da qatılacaq.
Səfər noyabrın 17-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR