Milli Məclisin deputatları fransalı həmkarları ilə görüşüblər

Milli Məclisin deputatları fransalı həmkarları ilə görüşüblər
# 08 iyun 2023 21:10 (UTC +04:00)

Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev Fransada səfərdədirlər.

APA-nın xəbərinə görə, bu gün Milli Məclisin deputatları Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

Soltan Məmmədov bildirib ki, maraqlı və faydalı fikir mübadiləsi baş tutub.

Fransanın Azərbaycandakı səfiri Ann Bualon Tvitterdə paylaşımında Fransa ilə Azərbaycan arasında parlament əlaqələrinin canlandığını görməkdən şad olduğunu vurğulayıb: “Milli Assambleya və Milli Məclisin iki dostluq qrupunun sədrlərinə təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR