Milli Məclisin sədri: “İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən faydalanacaqlar”

Sahibə Qafarova, Milli Məclisin sədri

© APA | Sahibə Qafarova, Milli Məclisin sədri

# 17 may 2022 16:42 (UTC +04:00)

“Postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yaranıb”.

APA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, əldə olunmuş razılaşmalara uyğun olaraq açılacaq yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək: “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr də bu yeni dəhlizdən faydalanacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR