Mirzoyan Avstriya XİN rəhbəri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Mirzoyan Avstriya XİN rəhbəri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
# 06 iyun 2023 15:19 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan avstriyalı həmkarı Aleksandr Şallenberqə zəng edərək İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesinin gedişatından danışıb.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı həmçinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında demarkasiyanın həyata keçirilməsi, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələləri və digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR