Mirzoyan Borrellə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Mirzoyan Borrellə Azərbaycanla normallaşma prosesini müzakirə edib
# 03 mart 2023 13:22 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellə görüşüb.

APA xəbər verir ki, tərəflər Nyu-Dehlidə görüşüb.

Görüş zamanı rəsmilər nizamlanma prosesini, Ermənistan-Azərbaycan münasibətlərini və Ermənistana göndərilən Avropa müşahidəçi missiyasının işini və digər məsələləri müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR