Misir lideri: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanıb

Misir lideri: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanıb
# 28 yanvar 2023 15:28 (UTC +04:00)

“İlk növbədə, Azərbaycanda olmağımdan məmnunluğumu ifadə etmək istəyirəm. Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram”.

APA xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

“Biz keçən il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdik. Eyni zamanda, ölkənizin Sizin rəhbərliyinizlə qazandığı böyük uğurları xüsusi qeyd etmək istəyirəm. Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm.

Həmçinin cənab Prezident İlham Əliyevə səmimi qəbula və qonaqpərvərliyə, buraya gəldiyimiz ilk gündən hiss etdiyimiz qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirmək istəyirəm”, - Misir lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR