Misir XİN Azərbaycana başsağlığı verib

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeid

© APA | Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeid

# 27 yanvar 2023 17:35 (UTC +04:00)

Misir Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əbu Zeyd Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə XİN sözçüsü "Twitter" hesabında bildirib.

“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində səfirliyin əməkdaşının həlak olması ilə bağlı dost ölkə Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Biz bu ağrılı anda Misirin Azərbaycanla tam həmrəy olduğunu bəyan edirik”, - XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR