Mişustin: "Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına böyük önəm verir"

Mişustin: "Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına böyük önəm verir"
# 06 oktyabr 2022 16:02 (UTC +04:00)

Rusiya üçün regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması vacib əhəmiyyət kəsb edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya hökumətinin sədri Mixail Mişustin Azərbaycan Baş naziri Əli Əsədovla ikitərəfli görüşdə bildirib.

O, ölkəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına müvafiq olaraq, Cənubi Qafqaz regionunda yeni infrastruktur marşrutlarının yaradılmasına vacib əhəmiyyət verdiyini qeyd edib.

“Bu vacib təşəbbüslərin həyata keçirilməsi Cənubi Qafqazın dayanıqlı inkişafını təmin edəcək”, - Mişustin əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR