Mixalko: “Azərbaycanla yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirik”

Mixalko: “Azərbaycanla yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirik”
# 12 may 2022 20:01 (UTC +04:00)

“Avropa İttifaqı (Aİ) Azərbaycanın etibarlı tərəfdaşıdır”.

APA xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Aİ pandemiya ilə mübarizədə Azərbaycanla həmrəy olub.

Səfir vurğulayıb ki, ötən il Aİ və Azərbaycan arasında səmərəli əməkdaşlıq olub, yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilib

Aİ səfiri Brüsseldə keçirilən üçtərəfli görüşləri xatırladıb: "Aİ regionda sülh prosesini dəstəkləməyə davam edir və Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində səylərə şəxsən dəstək verir.

Aİ sülh, rifah və əmin-amanlıq olan, çiçəklənən Cənubi Qafqazın yaradılmasını dəstəkləyir və dəstəkləyəcək. Aİ sülh layihəsidir və bu regionda sülhdə maraqlıdır".

Diplomat vurğulayıb ki, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq var: "Biz yeni layihələrin həyat keçirilməsini səbirsizliklə gözləyirik. Bizim enerji sahəsində uğurlu əməkdaşlığımız var".

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə deyib ki, Azərbaycan Aİ-nin dəyərlərini dəstəkləyir, sülhə, normallaşmaya inanır: "30 illik münaqişə həll olub, Azərbaycan öz torpaqlarını azad edib və nəticədə regionda inkişaf üçün yeni imkanlar yaranıb.

Aİ-nin sülh quruculuğunda verdiyi dəstəyi, xüsusilə liderlərin təmasının yaradılması konteksiştində Şarl Mişelin səylərini yüksək qiymətləndiririk".

XİN rəhbərinin nüavini Aİ ilə əlaqələrin intensivləşdiyini vurğulayıb: "İmzalanacaq yeni saziş bərabərhüquqlu tərəfdaşlığa əsaslanaraq əməkdaşlıq üçün yeni imkanlar, əsaslar açacaq. Azərbaycan Aİ-nin enerji sahəsində etibarlı və strateji tərəfdaşıdır”.

Nazir müavini Cənub Qaz Dəhlizinin rolunu qeyd edib və əlavə edib ki, bu layihələr qitənin enerji təhlükəsizliyinə töhfə verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR