MM Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizəyə dair Sazişi ratifikasiya edəcək

MM Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizəyə dair Sazişi ratifikasiya edəcək
# 06 iyun 2023 16:07 (UTC +04:00)

Mili Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişi ratifikasiya edəcək.

APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR