Mili Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, müzakirələrdən sonra qanunun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.