MM-də Natali Qule ilə görüşdə Fransa Senatının qərəzli qətnamələri müzakirə olunub

Milli Məclisdə Fransa Senatının üzvü Natali Qule ilə görüş

© APA | Milli Məclisdə Fransa Senatının üzvü Natali Qule ilə görüş

# 03 mart 2023 18:23 (UTC +04:00)

Bu gün Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə Soltan Məmmədov Azərbaycan və Fransa əlaqələri, Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına maneə törədən amillər barədə danışıb.

Söhbət zamanı Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra regionda yaranmış yeni reallıq, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın icrası, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə keçirilmiş görüşün əhəmiyyəti və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev, Tural Gəncəliyev, Nigar Arpadarai, Fransanın ölkəmizdəki səfiri Ann Buayon və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR