MM komitə sədri: “Ermənistan gəlirlərinin aşağı olduğu vaxtda hərbi büdcəsini niyə artırır?”

Zahid Oruc, Milli Məclisin nsan hüquqları komitəsinin sədri

© APA | Zahid Oruc, Milli Məclisin nsan hüquqları komitəsinin sədri

# 11 noyabr 2022 13:01 (UTC +04:00)

“Ermənistanın hərbi büdcəyə ayırdığı vəsait 2020-ci ildə 669 milyon, 2021-ci ildə 678 milyon dollar, 2022-ci ildə 754 milyon dollar olub, nəhayət, 2023-cü il üçün 1,2 milyard dollar təşkil edəcək”.

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri ilə birgə iclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

“Guya sülhə gəldiklərini elan etdikləri şəraitdə bu artımlar nəyə xidmət edir? Gəlirlərinin aşağı olduğu bir vaxtda bunu niyə edirlər? Onlar əhalinin səhiyyə, təhsil xərclərindən kəsərək hərbi büdcəyə yönəldirlər. Aldıqları silahlar növbəti dövr hansı əməliyyatlara ayrıla bilər?”, - deyə deputat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR